...

Baş müşavir: İlham Əliyevin Ankaraya dəstəyini türk-islam dünyası Qarabağ üçün göstərsə, bu işğal davam etməz

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Noyabr 2016 13:59 (UTC +04:00)
İlham Əliyevin Ankaraya verdiyi dəstəyi türk-islam dünyası Dağlıq Qarabağ münaqişəsi ilə bağlı göstərsə, bu işğal davam etməz.
Baş müşavir: İlham Əliyevin Ankaraya dəstəyini türk-islam dünyası Qarabağ üçün göstərsə, bu işğal davam etməz

Bakı. Orxan Quluzadə - Trend:

Azərbaycan Prezidenti İlham Əliyevin Ankaraya verdiyi dəstəyi türk-islam dünyası Dağlıq Qarabağ münaqişəsi ilə bağlı göstərsə, bu işğal davam etməz.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Bakıda səfərdə olan Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu deyib.

O qeyd edib ki, Ankaranın bu məsələyə münasibətini digər ölkələr də göstərməlidir.

Baş müşavirin sözlərinə görə, türk-islam dünyası ölkələri güclənmələri üçün yollar axtarmalı, bir-birinə dəstək verməlidir.

Y.Topçu bildirib ki, bütün qardaş ölkələr Azərbaycan və Türkiyə arasındakı dostluq və həmrəylikdən nümunə götürməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti