...

BMT Dağlıq Qarabağda gərginliyin artmasından narahatdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 İyul 2017 10:47 (UTC +04:00)
BMT-də Dağlıq Qarabağda gərginliyin artmasından narahatdırlar.
BMT Dağlıq Qarabağda gərginliyin artmasından narahatdır

Bakı. Elmira Tariverdiyeva - Trend:

BMT-də Dağlıq Qarabağda gərginliyin artmasından narahatdırlar. Trend-in məlumatına görə, bunu brifinqdə BMT-nin mətbuat katibi Stefan Düjarrik bəyan edib.

O, bütün tərəfləri istənilən hərbi fəaliyyətdən çəkinməyə və vəziyyətin deeskalasiyası və zorakılığın qarşısının alınması üzrə addımlar atmağa çağırıb:

"Biz iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində dinc insanların həlak olması ilə nəticələnən zorakılıqla əlaqədar ATƏT-in Minsk qrupunun bəyanatını dəstəkləyirik".

S.Düjarrik bildirib ki, "həlli uzanmış və təhlükəli münaqişənin" yeganə həlli tezliklə danışıqlar masasına qayıtmaqdır.

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti