Atəşkəsi pozmağda fəallığını artıran Ermənistan Silahlı Qüvvələri Ağdam rayonunun işğl altında olan Baş Qərvənd kəndindən səhər saat 11:15 radələrində Milli Ordumuzun üzbəüz mövqelərini avtomat və pulyemet silahlardan 30 dəqiqəyə yaxın atəşə tutub. "Trendi"in bölgə müxbiri xəbər verir ki, digər istiqamətdə düşmən qüvvələri Ağdam rayonunun işğal altında olan Gülçülük kolxozundan Çıraqlı kəndini 20 dəqiqəyə yaxın intensiv atəşə tutduqdan sonra 1 saat ərzində fasilərlə atəşə açıb. Cəbhə bölgəsində yerləşən hərbiçilərimiz hər iki istiqamətdə cavab atəşi açaraq düşməni susdurub.