...

Azərbaycanlı hərbi əsirlərin üzün müddətə Ermənistanda saxlanılması Cenevrə Konvensiyasına ziddir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Fevral 2007 15:57 (UTC +04:00)

"Azərbaycanlı hərbi əsirlərin üzün müddətə Ermənistanda saxlanılması Cenevrə Konvensiyasına ziddir." Trend in məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Qırmızı Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruz Aslanov deyib.

Onun sözlərinə görə, hazırda Ermənistnda saxlanılan Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Samir Məmmədovun səhhəti normaldır.

"Əsir əsgərin Azərbaycana qayıtmaq istəməməsi ilə bağlı məlumatların nə qədər həqiqətə uyğun olub-olmadığını isə deyə bilmərəm. Biz bu məsələni dəqiqləşdirməyə çalışacağıq", -deyə Novruz Aslanov vurğulayıb.

O əlavə edib ki, müəyyənləşdirilmiş qaydalara əsasən əsirlərin təfil verilməsi prosesi ilə Beynəlxalq Qırmızı Xaç Komitəsi məşğul olur.

Qeyd edək ki, əsgər Samir Məmmədov artıq 50 günə yaxındır ki, Ermənistanda saxlanılır.

Xəbər lenti

Xəbər lenti