...

Azərbaycanlıların soyqırımı ilə bağlı Milli Məclisdə komissiya yaradılacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Mart 2007 14:04 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ 31 Mart - Azərbaycanlıların soyqırımı günü ilə bağlı Milli Məclisdə komissiya yaradılacaq və dünya ictimaiyyətinə müraciət qəbul olunacaq. Bu barədə millət vəkili Sabir Rüstəmxanlı məlumat verib.

Onun sözlərinə görə, həmin hadisələrin Azərbaycan xalqı üçün nə qədər faciəli olduğunu bir daha dünyaya bəyan etmək üçün sənəd qəbul ediləcək. Burada 1905-1907-ci illərdə, 1918-ci ildə törədilən soyqırımların, daha sonra 1988-ci ildən başlanan erməni təcavüzü nəticəsində 1992-ci il Xocalı soyqırımının bütövlükdə türk dünyasına qarşı etnik məhvetmə siyasətinin ayrı-ayrı mərhələləri olduğu göstəriləcək.

Deputat Rüstəmxanlı qeyd edib ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli hökumət tərəfindən soyqırımla bağlı komissiya yaradılmış, həmin hadisələr araşdırılmışdı: "O dövrdəki bəzi sənədlər indiyə qədər qalır. 1918-ci il soyqırımına hələ Xalq Cümhuriyyəti dövründə hüquqi, siyasi qiymət verilmişdi. Ona görə də Milli Məclis həmişə olduğu kimi, bu dəfə də martın 30-da bəyanat verəcək".

Xəbər lenti

Xəbər lenti