...

Politoloqlar hesab edir ki, tərəflərin siyasi iradəyə malik olmamaları barədə bəyanatlar yersizdir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 İyun 2007 13:10 (UTC +04:00)
Politoloqlar hesab edir ki, tərəflərin siyasi iradəyə malik olmamaları barədə bəyanatlar yersizdir

Azərbaycan, Bakı /müx. Trend S.Ağayeva/ Ermənistan və Azərbaycan prezidentlərinin danışıqları barədə hər hansı informasiyanın olmaması onu göstərir ki, heç bir uğur əldə olunmayıb. Bu fikri bazar ertəsi Azərbaycanın müstəqil politoloqu Vəfa Quluzadə İlham Əliyev və Robert Köçəryanın Sankt-Peterburq görüşünü şərh edərkən ifadə edib.

Onun fikrincə, bu - "görüş naminə görüş" idi. Tərəflərdə siyasi iradənin olmamasına dair iddialara gəldikdə isə politoloq onları yersiz adlandırıb. "Siyasi iradə barədə danışılanda, Azərbaycanın öz torpaqlarını verəcəyi, Ermənistanın isə Rusiyaya qulaq asmadan Azərbaycan üçün biabırçı sülh müqaviləsinin imzalanmasına gedəcəyi nəzərdə tutulur" - deyə Quluzadə vurğulayıb.

Politoloqun fikrincə, ermənilər belə addıma gedə bilməzlər, çünki Rusiya situasiyanı dondurub. "ABŞ isə hələlik başqa işlərlə məşğuldur - o, PRO sistemini şimal istiqamətə yönəldir. İndi onların Qarabağa vaxtı yoxdur" - deyə politoloq bildirib.

Müstəqil politoloq Rasim Musabəyovun fikrincə isə ATƏT-in Minsk qrupu həmsədrlərinin prezidentlərin görüşü öncəsi verdiyi formulirovkalar hələ xarici işlər nazirləri səviyyəsində əlavə işlər tələb edəcək. "Əslində, əgər bu formulirovkalar tərəflər arasında mövcud anlaşılmazlıqları yumşaltmaq məqsədini daşıyırsa, bu, tamamilə mənasız bir məşğuliyyətdir. Sözlərlə oynamaq yox, konkret qərar qəbul etmək lazımdır" - deyə o bildirib.

İyunun 9-da Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi sammiti çərçivəsində Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Azərbaycan və Ermənistan prezidentlərinin sayca doqquzuncu görüşü keçirilib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ilə təsadüf edir. Səbəb Ermənistanın Azərbaycana qarşı ərazi iddiası ilə çıxış etməsi olub. 1992-cu ildən Azərbaycan torpaqlarının 20 faizi, konkret olaraq Dağlıq Qarabağ və 7 ətraf rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-ci ilin mayında tərəflər atəşkəs haqqında razılaşma əldə ediblər və bu vaxtadək ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə hələlik nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti