...

Bakıda mütəmadi olaraq "Qarabağ masası" keçiriləcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 İyun 2007 14:57 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Qarabağ probleminə dair mütəmadi olaraq ictimai müzakirələri təşkil etmək üçün Bakıda "Qarabağ masası" adlı əlaqələndirici, məşvərətçi qurum yaradıldı. Bu barədə çərşənbə günü Bakıda keçirilən bütün müxalifət partiyalarının, qeyri-hökumət təşkilatları və ziyalıların iştirakı ilə keçirilən Qarabağ Forumunun sonunda razılığa gəlinib. Forumda Qarabağ probleminin həllinə dair müxtəlif təkliflər səsləndirilib. Sonda bu müzakirələrin davamlı olaraq keçirilməsi üçün "Qarabağ masası" yaradılıb. Əsasən 9 ictimai təşkilatın təşəbbüsü ilə bundan sonra mütəmadi olaraq "Qarabağ masası" keçiriləcək, Qarabağın taleyi ilə bağlı vəziyyət, çıxış yoları müzakirə ediləcək.

Forumun sonunda təkliflər ümumiləşdirilərək sənəd qəbul edilib.

Xəbər lenti

Xəbər lenti