Azərbaycan, Bərdə / müx. Trend Ş.Cəliloğlu/ Təsdiq olunmamış xəbərə görə, erməni ordusunun əsgəri Asaturyan Anbartsum Minakoviç şənbə günü Azərbaycan tərəfinə əsir düşüb.
Asaturyan 1984-cü ildə Ermənistanın Armavik rayonunda anadan olub və mayın 17-də hərbi xidmətə çağırılıb. Azərbaycan Müdafiə Nazirliyində və Beynəlxalq Qırmızı Xaç Komitəsində bildiriblər ki, məlumat dəqiqləşdirilir.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ilə təsadüf edir. Səbəb Ermənistanın Azərbaycana qarşı ərazi iddiası ilə çıxış etməsi olub. 1992-cu ildən etibarən Azərbaycan torpaqlarının 20 faizi, konkret olaraq Dağlıq Qarabağ və 7 ətraf rayonu Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-ci ilin mayında tərəflər atəşkəs haqqında razılaşma əldə ediblər və bu vaxtadək ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə hələlik nəticəsiz sülh danışıqları aparılır.