...

Azərbaycan prezidenti Qazaxıstanın müdafiə nazirini qəbul edib

Siyasət Materials 9 Oktyabr 2007 16:55 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı Prezident sarayında Qazaxıstanın müdafiə naziri Danial Axmetovu qəbul edib. Görüşdə Azərbaycan-Qazaxıstan ikitərəfli əlaqələrinin uğurla inkişaf etdiyi bildirilib.

Tərəflər qarşılıqlı səfərlərin əhəmiyyəti olduğunu deyiblər. Qazaxıstan müdafiə nazirinin Azərbaycana səfərinin bu iki ölkənin müdafiə nazirlikləri arasında əməkdaşlığın daha da genişləndirilməsinə xidmət edəcəyi bildirilib.

Xəbər lenti

Xəbər lenti