...

Zabit Xanlardakı hərbi hissədən silah götürərək qaçıb

Siyasət Materials 25 Oktyabr 2007 13:55 (UTC +04:00)
Zabit Xanlardakı hərbi hissədən silah götürərək qaçıb

Azərbaycan, Gəncə/ Trend müxbir V.Məmmədov/ Paytaxt Bakıdan 380 kilometr qərbdə yerləşən Xanlar rayonunun Toğana kəndindəki N saylı hərbi hissədə qulluq edən zabit çərşənbə günü axşam saatlarında silah-sursat götürərək qaçıb. Trend in bölgə müxbirinin məlumatına, zabit Kamran Əsədov qulluq etdiyi hərbi hissədən 4 avtomat, 1 pulemyot götürüb. Baş vermiş hadisə ilə bağlı Gəncə və Xanlar rayonunun giriş-çıxışları bağlanılıb, axtarışlar aparılır.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən baş verən hadisənin araşdırıldığını bildiriblər.

Xəbər lenti

Xəbər lenti