...

Siyasi partiyalar öz məqsədlərini həyata keçirdiyindən, müxalifətin bloklaşmasının tərəfdarı deyilik-- Ədalət Partiyasının sədri

Siyasət Materials 23 Noyabr 2007 14:17 (UTC +04:00)
Siyasi partiyalar öz məqsədlərini həyata keçirdiyindən, müxalifətin bloklaşmasının tərəfdarı deyilik-- Ədalət Partiyasının sədri

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Azərbaycanın müxalif Ədalət Partiyası (ƏP) siyasi partiyaların bloklar çərçivəsində fəaliyyətini dəstəkləmir. "Ədalət Partiyası müxalifət bloklaşmasının tərəfdarı deyil və hər hansı blokda təmsil olunmaq fikrimiz yoxdur"- cümə günü jurnalistlərə partiyanın sədri, deputat İlyas İsmayılov bildirib.

Ədalət Partiyası 2003-cü il prezident seçkisi öncəsi Müxalifətin Korrdinasiya Şurası, 2005-ci il parlament seçkiləri ərəfəsində müxalifətin yaratdığı Demokratik Azərbaycan Blokunda (DAB) təmsil olunub. Hazırda müxalifət "Azadlıq" blokunda fəaliyyət göstərir.

İsmayılov bildirib ki, bəzi müxalifət partiyaları bloklarda fəaliyyətləri zamanı öz məqsədlərini həyata keçirdiyindən, ƏP bloklarda təmsil olunmaq iddiasından əl çəkib. "Biz partiyaların fəaliyyətində qanunun, əxlaq normasının gözlənilməsinin tərəfdarıyıq"-- İsmayılov əlavə edib.

Ədalət Partiyası 1996-cı ildə yaradılıb, sağ-mərkəzçi partiyadır. 1997-ci ildə Azərbaycanın müxalifət Demokrat Partiyası ilə birləşib. 2001-ci ildə ayrıldıqdan sonra bərpa qurultayını keçirib.

Xəbər lenti

Xəbər lenti