...

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi Baş Assambleyası iclasının vaxtı müəyyənləşib

Siyasət Materials 3 Dekabr 2007 16:50 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir İ.Əlizadə/ Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi Baş Assambleyasının növbəti iclası dekabrın 11-12-də Tbilisidə keçiriləcək. Bu barədə bazar ertəsi Trend ə açıqlamasında Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin vitse-prezidenti, Azərbaycanın qurumdakı nümayəndə heyətinin rəhbəri Asəf Hacıyev məlumat verib.

Hacıyev qeyd edib ki, Baş Assambleyanın iclasının gündəliyinə üç məsələ daxil edilib ; Qara dəniz regionuna daxil olan ölkələrdə həyat səviyyəsinin yaxşılaşdırılması, Qara dəniz regionunda qaz və enerji təhlükəsizliyi və Avropa İttifaqı ilə əməkdaşlıq məsələləri müzakirə olunacaq: "Bu mövzular qurumun komitələrində müzakirə edilib və qəbul olunub. Baş Assambleyada müzakirə olunduqdan sonra məruzələr qəbul ediləcək".

Hacıyev bildirib ki, Qara dəniz regionuna daxil olan ölkələrdə həyat səviyyəsinin yaxşılaşdırılması məruzəsini Azərbaycan parlamentinin deputatı Jalə Əliyeva hazırlayıb.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisində 12 dövlət təmsil olunur.

Xəbər lenti

Xəbər lenti