...

Təcridxanadan qaçan məhkum Tərtərdə həbs olunub - yenilənib

Siyasət Materials 7 Yanvar 2008 15:14 (UTC +04:00)
Təcridxanadan qaçan məhkum Tərtərdə həbs olunub - yenilənib

Azərbaycan, Bakı / Trend ,müxbir K. Zərbalıyeva/ Cəncədəki İstintaq Təcridxanasından qaçan məhkum çərşənbə axşamı Tərtər rayonunda saxlanılıb.

Göranboyun Xanqərvənd kənd sakini 27 yaşlı Rahib Zülfiqar oğlu Həşimov cümə günü axşam saatlarında Gəncə şəhər 2 saylı İstintaq Təcridxanadan məhkum qaçıb.

Ədliyyə Nazirliyinin Penitensiar Xidmət Baş İdarəsindən çərşənbə axşamı Trend ə bildirilib ki, məhkum bir müddət əvvəl hüquq-mühafizə orqanları tərəfindn həbs olunub.

Onun barəsində Gəncə şəhər prokurorluğunda cinayət işi açılacaq.

Məhkumun Təcridxanadan qaçması faktı ilə bağlı Təcridxanada xidməti təhqiqat aparılacaq.

Həşimov oğurluq və dələduzluqda ittiham olunaraq ötən ilin avqustunda 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

O, İstintaq Təcridxanasında təsərrüfat briqadasında çalışıb.

Xəbər lenti

Xəbər lenti