...

Gəncədə uzun müddət axtarışda olan cinayətkar dəstənin başçısı tutulub

Siyasət Materials 25 Fevral 2008 14:16 (UTC +04:00)

Azərbaycan, Gəncə, 25 fevral / Trend , müxbir V.Məmmədov/ Gəncə şəhərində 3 ildir axtarışda olan cinayətkar dəstənin başçısı fevralın 25-də Bakıda tutulub. Bu barədə bazar ertəsi Trend ə Gəncə şəhər Polis İdarəsindən məlumat verilib. Məlumata görə, cinayətkar dəstənin başçısı Elcan Çingiz oğlu Nəbiyev Gəncədə soyğunçuluq və quldurluq cinayətləri törədib.

Nəbiyev barəsində Cinayət Məcəlləsinin soyğunçuluq (180-ci maddə) və quldurluq (181-ci maddə) maddələri ilə cinayət işi açılıb.

Daxili İşlər Nazirliyi (DİN) Gəncədə bağlı qalmış cinayətlərlə əlaqədar şəhər Polis İdarəsində yoxlamalara başlayıb.

Gəncə paytaxt Bakıdan 365 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti