...

Azərbaycan müxalifətinin yeni mərkəzi genişlənir

Siyasət Materials 28 Fevral 2008 15:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 fevral / Trend , müxbir C.Babayeva/ Azərbaycanın 9 müxalifət partiyasının Demokratik Seçki Mərkəzində (DSM) təmsil olunmaq üçün bir sıra partiyalar müraciət edib. Bu barədə cümə axşamı Trend a Mərkəzdə təmsil olunan Azadlıq Partiyasının sədri Əhməd Oruc məlumat verib.

Keçən ilin dekabrında Azərbaycanın 18 müxalifət partiyası əməkdaşlıq barədə saziş imzalayıb. Sazişi "Bizim Azərbaycan" blokuna daxil olan səkkiz partiya, Klassik Xalq Cəbhəsi Partiyası (KXCP), Sosial-Demokrat, Vətəndaş Həmrəyliyi, Böyük Quruluş, Azadlıq, Milli-Demokrat, Ədalət, Ümid partiyaları və Azərbaycan Yolu Siyasi Hərəkatı imzalayıb. Yanvarın 30-da partiyalar Demokratik Seçki Mərkəzinin yaradılması barədə qərar qəbul edib.

Orucun sözlərinə görə, həmin partiyaların DSM-də təmsil olunmaqla bağlı müraciətləri müzakirə olunduğuna görə, Mərkəzin əsasnaməsinin rəsmən təsdiq olunması təxirə salınıb.

"DSM-in gələn həftə keçiriləcək toplantısında əsasnamənin rəsmən təsdiq olunması gözlənilir" - deyə Oruc bildirib.

Xəbər lenti

Xəbər lenti