...

Prezidentlər Buxarestdə Azərbaycan -Latviya əməkdaşlığını müzakirə ediblər

Siyasət Materials 3 Aprel 2008 19:57 (UTC +04:00)

Rumıniya, Buxarest, 03 aprel / Trend , Y.Əliyev/ Cümə axşamı NATO-nun Buxarest sammiti çərçivəsində, Azərbaycan prezidenti İlham Əliyevin latviyalı həmkarı Valdis Zatlerslə görüşü baş tutub.

Görüşdə iki dövlət arasında siyasi və iqtisadi münasibətlərin inkişafının davam etdirilməsi qeyd olunub. Bu barədə görüşdən sonra prezidentin mətbuat katibi Azər Qasımov məlumat verib.Tərəflər iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının uğurlarını qeyd ediblər.

Görüşdə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındaAzərbaycanın rolu xüsusilə qeyd olunub.

Xəbər lenti

Xəbər lenti