...

Bakı Avropa Şurasının həmməruzəçilərini qəbul etməyə hazırdır – Azərbaycanın parlament missiyasının rəhbəri

Siyasət Materials 18 Aprel 2008 16:28 (UTC +04:00)

Fransa, Strasburq, 18 aprel/ Trend müxbir A.Məhərrəmli/ Bakı, Avropa Şurası (AŞ) Monitorinq komitəsinin həmməruzəçiləri ilə konstruktiv dialoqun keçirilməsinə hazırdır. "Biz bu səfərə hazırıq. Azərbaycan konstruktiv dövlət olaraq, həmməruzəçiləri gözləyir", - Azərbaycanın AŞ Parlament Assambleyasında parlament missiyasının rəhbəri Səməd Seyidov cümə günü Trend -a bildirib.

Monitorinq komitəsinin həmməruzəçiləri Andreas Herkel və Yevgeniya Jivkovanın növbəti səfəri təxmini olaraq mayın 17-19-a təyin edilib. Ekspertlər Azərbaycanın Avropa Şurasında daxil olduğu zaman üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi, demokratik proseslərin Avropa normalarına uyğunluğu, insan hüquqlarına əməl edilməsi ilə bağlı vəziyyət və s. məsələlərə nəzarət edirlər.

Seyidov bu səfərin AŞPA-nın Azərbaycanla bağlı müzkairələrin keçiriləcəyi iyun sessiyası ərəfəsində həyata keçiriləcəyini bildirib.

Seyidovun sözlərinə görə, Azərbaycan həmçinin Avropa Şurasına üzv ölkələrin parlament sədrlərinin mayın 22-23-ə təyin edilən görüşündə fəal iştirak etmək niyyətindədir. "Avropa Şurası Azərbaycandan olan şəxslərin və qonaqların Strasburqda öz niyyətlərini, həmçinin Azərbaycanda baş verən prosesləri geniş təqdim etmək imkanına malik olmalarında maraqlıdır" , - Azərbaycanın parlament missiyasının rəhbəri əlavə edib.

Cümə günü Strasburqda AŞPA-nın yaz sessiyası başa çatıb.

Xəbər lenti

Xəbər lenti