...

Azərbaycanın polis orqanlarında kadr dəyişiklikləri olub

Siyasət Materials 29 Aprel 2008 13:49 (UTC +04:00)

Azərbaycan, Gəncə, 29 aprel / Trend , müxbir V.Məmmədov/ Gəncə şəhər Yol Polisi İdarəsinin rəisi Adil Zeynalov vəzifəsindən uzaqlaşdırılıb. Bu barədə çərşənbə axşamı Trend -a idarədən məlumat verilib.

Zeynalov 30 ilə yaxındır, daxili işlər orqanlarında çalışıb. İki il isə Gəncə şəhər Yol Polisi İdarəsinin rəisi vəzifəsində çalışıb.

Məlumata görə, Zeynalovun 55 yaşı tamam olduğundan, təqaüdə göndərilib. Yol polisi rəisi vəzifəsini müvəqqəti olaraq onun müavini Şahin Məmmədov icra edir.

Digər bir kadr dəyişikliyinə görə, rəis müavini Rahil Məmmədov da Bərdə rayon Yol Polisi İdarəsinə rəis müavini vəzifəsinə təyin olunub.

Daha bir kadr dəyişikliyi ilə ilə Gəncə şəhər Dövlət Polisi İdarəsi rəisinin şəxsi heyət üzrə müavini Nofəl Hacıyev də vəzifəsindən uzaqlaşdırılıb. Həmin vəzifəyə uzun müddət Gəncənin polis orqanlarında çalışanYaşar İsmayılov təyin edilib.

Gəncə paytaxt Bakıdan 365 kilometr qərbdə yerləşir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti