Azərbaycan, Bakı, 15 may/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycan Parlamentinin yaz sessiyasının müddəti bir ay uzadılacaq. "Azərbaycan parlamentin yaranmasının 90 illik yubleyi və gündəlikdə qəbul edilməsi vacib olan bir necə qanun layihəsi olduğuna görə, yaz sessiyası mayda deyil, iyunun sonunda başa çatacaq", - deyə cümə axşamı Trend -a eksklüziv açıqlamasında Azərbaycan Parlamenti Aparatının rəhbəri Səfa Mirzəyev bildirib.
Daxili Nizamnaməyə görə, Azərbaycan parlamentinin yaz sessiyası mayın sonunda başa çatır. Payız sessiyası oktyabrın birində başlayır və dekabrın 30- da başa çatır.
Mirzəyev qeyd edib ki, Parlamentin 90 illiyi dövlət səviyyəsində qeyd olunacaq. "Bununla bağlı bir sıra tədbirlər planlaşdırılıb və xarici ölkələrin parlament nümayəndə heyətləri, beynəlxalq təşkilatların təmsilçiləri yubileydə iştirak etmək üçün Azərbaycana gələcəklər. Tədbirlərin əksəriyyəti iyun ayında keçiriləcək".
İyunun 16-da yubileylə bağlı Parlamentin xüsusi iclası keçiriləcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]