...

Azərbaycan və Gürcüstanın sərhəd və gömrük işçiləri transsərhəd əməkdaşlığını genişləndirmək niyyətindədirlər

Siyasət Materials 16 İyul 2008 12:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 iyul/ Trend , müxbir E.Əliyev/ Azərbaycan və Gürcüstanın sərhəd və gömrük işçiləri transsərhəd əməkdaşlığını genişləndirmək niyyətindədirlər.

Çərşənbə günü Qırmızı körpü sərhəd zastavasında iki ölkənin gömrük və sərhəd orqanlarının əməkdaşları Cənubi Qafqazda trafik və qaçaqmalçılığın qarşısının alınması üçün əməkdaşlıq məsələlərini, saxta sənədlərin və narkotiklərin sınaqdan keçirilməsi prinsiplərini müzkirə edirlər. Müzakirələr ATƏT və beynəlxalq təşkilatlar tərəfindən təşkil edilmiş seminarda aparılır. Bu barədə qurumun Bakı ofisindən məlumat veriblər.

İkigünlük sammitin yekunları üzrə iştirakçılara sertifikatlar təqdim ediləcək.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti