...

ABŞ İrana qarşı "cəzalandırıcı" tədbirlər görülməsini istəyir

Siyasət Materials 6 Avqust 2008 17:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 avqust / Trend / "İran stimullaşdırıcı təkliflərə müsbət cavab vermədiyi üçün, ABŞ və müttəfiqləri İrana qarşı "cəzalandırıcı" tədbirlər görməlidir". Bu barədə Ağ Ev məlumat verib.

BBC -nin yaydığı məlumata görə, bu barədə Ağ Evin sözçüsü xanım Dana Perino bu gün, ABŞ prezidenti Corc Buşun Asiya turnesi çərçivəsində hava limanında jurnalistlərə bildirib.

"İran təkliflərə "ədəbli və cavablandırıcı" bir addım atmaq iqtidarında deyil,- deyə xanım Perino bildirib.

ABŞ mediası, ölkəsinin BMT TŞ -da İrana qarşı yeni sanksiyaların tətbiq olunacağına can atmasını yazır.

Xəbər lenti

Xəbər lenti