...

Amerikalı senator Azərbaycanın demokratik dövlət inkişafının yeni dövrünə keçdiyini bildirib

Siyasət Materials 25 Avqust 2008 16:54 (UTC +04:00)
Amerikalı senator Azərbaycanın demokratik dövlət inkişafının yeni dövrünə keçdiyini bildirib

Azərbaycan, Bakı, 25 avqust / Trend R.Novruzov/ Amerikalı senator Riçard Luqar Azərbaycanın demokratik dövlət inkişafının yeni dövrünə keçdiyini bildirib.

"Azərbaycanda seçki prosesi yaxşılaşıb və Birləşmiş Ştatlar ölkədə qarşıdan gələn prezident seçkilərinin demokratik və ədalətli keçəcəyini gözləyir", - deyə bazar ertəsi Bakıda jurnalistlərə ABŞ Senatının xarici əlaqələr Komitəsinin üzvü, senator Riçard Luqar bildirib.

Amerika senatorunun dövlətin rəsmi şəxsləri ilə görüşündə Azərbaycanda qarşıdan gələn prezident seçkiləri ilə bağlı məsələlər müzakirə olunub.

"Mən əminəm ki, Azərbaycanda cəmiyyət daha da demokratikləşib və qarşıdan gələn seçkilər şəffaflıq və demokratiya şəraitində keçəcək", - deyə Luqar bildrib.

Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) ölkənin ali dövlət postuna Ümid Partiyasının sədri İqbal Ağazadə, Yaşar Əhmədov (işsiz), Əlimuxtar Əkbərov (təqaüdçü), Sevinc Quliyeva (Sumqayıt Mərkəzi Klinik Xəstəxanasında sanitar), Vüqar Seyidov (həkim) Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Liberal-Demokrat Partiyasının sədri Fuad Əliyev, Yaşıllar Partiyasının sədri Mais Güləliyev, Qüdrət İsaqov (AMEA-nın Fizika İnstitutunun aparıcı elmi işçisi), "Mədəniyyət" qəzetinin məsləhətçisi Teymur Quliyev və "Ekspertiza" qəzetinin baş redaktoru Süleyman Quliyev, Xalq Cəbhəsi Partiyasının Ali Məclisinin keçmiş sədri Qulamhüseyn Əlibəyli, namizədlikləri özləri tərəfindən irəli sürülən Arif Əliyev və Əli Ağaevin namizədliyini təsdiq edib.

Namizədlər Mərkəzi Seçki Komissiyasında (MSK) qeydiyyatdan keçmək üçün 10 gün ərzində təqribən 40 min imza toplamalıdırlar.

Mərkəzi Seçki Komissiyası hazırkı dövlət rəhbəri İlham Əliyevin namizədliyini rəsmi şəkildə təsdiq edib.

Amerikalı senatorun səfəri onun "Nabukko" layihəsi ölkələri üzrə turnesi çərçivəsində həyata keçir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: trend

Xəbər lenti

Xəbər lenti