...

Rusiyanın təcavüzü nəticəsində Gürcüstanda 372 nəfər həlak olub – rəsmi məlumatlar

Siyasət Materials 15 Sentyabr 2008 17:21 (UTC +04:00)

Gürcüstan, Tbilisi,15 sentyabr / Trend , müxbir N.Kirtsxaliya/ Avqust ayında Rusiyanın təcavüzü nəticəsində Gürcüstan tərəfindən 372 nəfər həlak olub. Bu barədə bazar ertəsi keçirilən birgə brifinqdə səhiyyə naziri Aleksandr Kvitaşvili, daxili işlər nazirinin müavini Yekaterina Zquladze və müdafiə nazirinin müavini Batu Kuteliya bəyan edib.

Səhiyyə Nazirliyindən bildiriblər ki, dəqiqləşdirilən məlumatlara görə, 188 dinc sakin həlak olub ki, onlardan əksəriyyəti odlu silahla öldürülüb, bin neçə nəfər yandırılıb. Demək olar ki, onların hamısının şəxsiyyəti müəyyən edilib, ölənlərin dəqiq siyahası məlumdur.

Zquladzenin bildirdiyinə görə, Rusiyanın təcvüzündə DİN -in 16 əməkdaşı həlak olub. "Qeyd etmək istərdim ki, son günlər abxaz separatçıları və işğalçılar tərəfindən DİN - in postlarında iki əməkdaşımız öldürülüb",- deyə o bildirib.

Kuteliyanın bildirdiyinə görə, Müdafiə Nazirliyinin məlumatına görə, hərbçilər sırasında 168 nəfər həlak olub. "Onlardan 155 nəfəri artıq dəfn olunub, 110 nəfərin şəxsiyyəti müəyyənləşdirilib və bu proses DNK əsasında davam etdirilir", - deyə o bildirib.

Rusiya tərəfi 3 min gürcü hərbçisini məhv etdiyini bəyan edir ki, bu da Gürcüstanın hərbi qabiliyyətli hissəsinin beşdə birini təşkil edir.

Avqustun 8 -nə keçən gecə tanınmamış Cənubi Osetiya respublikasında irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcü qoşunları Tsxinvaliyə daxil olub. Sonradan rus qoşunları Tsxinvalini tutub və gürcü hərbçilərini Gürcüstan ərazisinə sıxışdırıblar.

Avqustun 12-də RF prezidenti Dmitri Medvedyev bildirib ki, Gürcüstanı sülhə məcburetmə əməliyyatının dayandırılması barədə qərar qəbul edib.

Gürcüstan ərazisində Rusiya sülhməramlı qüvvələri və beynəlxalq müşahidəçilərin saxlanılması barədə qərar qəbul olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti