...

İranda " Müqəddəs müdafiə " həftəsi münasibəti hərbi parad keçirir

Siyasət Materials 21 Sentyabr 2008 10:24 (UTC +04:00)

İranın Tehran şəhərində İmam Xomeyninin ziyarətgahının ətrafında keçirilən hərbi paradda İran prezidenti Mahmud Əhmədinejad iştirak edir. Bu barədə İranın "İRİNN" kanalı canlı bağlantı ilə məlumat verib .

Hərbi Parad İranda " Müqəddəs müdafiə " həftəsi münasibəti ilə keçirilir . Hərbi paradda İranın Silahlı qüvvələrinin bütün bölmələri , Sepah korpusu qüvvələri və Quru qoşunlar iştirak edir . Hərbi paradda " Şəhab 1" , " Şəhab 2", " Şəhab 3" raketləri də nümayiş etdiriləcək .

İran prezidenti Mahmud Əhmədinejad İranda keçirilən hərbi paradın açılış mərasimində bildirib ki, əgər düşmənlər İran ərazisinə qarşı hansısa addım atmış olsalar, İranın əhalisi, polisi , könüllüləri , sepah korpusu və silahlı qüvvələrinin hamısı onlar tətiyə əl uzatmadan onların əllərini sındıracaq və başladıqları işə peşiman edəcəklər. Əhmədinejad həmçinin bildirib ki, İran xalqı dünyanın bütün xalqları ilə ədalətli , qardaşyana və dostcasına əlaqalər qurmağın tərəfdarıdır.
Xəbər lenti

Xəbər lenti