...

Florida ştatında ABŞ-da prezident seçkiləri üzrə vaxtından əvvəl səsvermə başlayıb

Siyasət Materials 21 Oktyabr 2008 09:59 (UTC +04:00)
Florida ştatında ABŞ-da prezident seçkiləri üzrə vaxtından əvvəl səsvermə başlayıb

Azərbaycan, Bakı, 21 oktyabr / Trend / Florida ştatında ABŞ-da prezident seçkiləri üzrə vaxtından əvvəl səsvermə başlayıb. "Azadlıq" radiosunun xəbər verdiyi kimi, Birləşmiş Ştatların prezidentlik postuna demokratlar partiyasından olan namizəd Barak Obama ötən günü keçirdiyi mitinqdə tərəfdarlarını səsvermədə fəal iştirak etməyə çağırıb.

Qeyd edək ki, Birləşmiş Ştatlar üzrə seçicilərin ümumi sayının üçdəbiri vaxtından əvvəl təşkil olunmuş səsvermədə iştirak edə bilərlər.

Seçkidən qabaq keçirilən sorğunun nəticələrinə əsasən demokratlar partiyasından namizəd Barak Obama öz rəqibi respublikaçı Con Makkeyni xeyli qabaqlayır.

Məqalə müəllifi ilə əlaqə ünvnanı: [email protected]

Xəbər lenti

Xəbər lenti