...

Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi və "sığorta haqqında" qanununun qüvvədən düşməsi barədə Qanun qəbul edilib

Siyasət Materials 14 Noyabr 2008 03:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 noyabr / Trend /  Azərbaycan Respublikasının Milli Məclisinin qərarına əsasən "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında", "Azərbaycan Respublikasında nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında", "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında", "Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında", "İcbari ekoloji sığorta haqqında", "Banklar haqqında", "Tibbi sığorta haqqında" qanunlara, habelə   Əmək Məcəlləsinə və Vergilər Məcəlləsinə dəyişikliklər və əlavələr edilib.

Müvafiq qanuna əsasən "Sığorta haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvədən düşmüş hesab edilir.

Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti