...

İran Hörmüz boğazında növbəti manevrlərə hazırlaşır

Siyasət Materials 23 Noyabr 2008 14:24 (UTC +04:00)

Iran, Tehran, 23 noyabr/ Trend , müxbir A.Namdari/ İran Dəniz Hərbi Qüvvələrinin rəhbəri, general Həbibullah Səyyari bazar günü Tehranda keçirilən mətbuat konfransında bildirib ki, İran Dəniz Hərbi Qüvvələri Hörmüz boğazında hərbi manevrlər keçirəcək.

İran rəsmiləri isə dəfələrlə bildiriblər ki, ölkəyə hücum baş verərsə, Fars körfəzində Hörmüz boğazını bağlayacaq. Dünyanın 40 faiz nefti məhz Hörmüz boğazından ötürülür.

Səyyari bildirib ki, bu manevrlərdə İranın sualtı və hərbi gəmilərinin, dəniz hərbi qüvvələrinin iştirakı nəzərdə tutulub. İran son üç ay ərzində bu regionda dəfələrlə hərbi manevr həyata keçirib.

Amerika prezidenti Corc Buş dəfələrlə bildirib ki, İran uranın zənginləşdirilməsi proqramını dayandırmasa, bu ölkəyə qarşı hərbi müdaxilə variantı istisna olunmur. İsrail rəsmiləri də İranın nüvə obyektlərini bombardman edəcəkləri ilə hədələyiblər.

BMT Təhlükəsizlik Şurasının daimi üzvləri indiyədək İranın nüvə proqramını dayandırmaq üçün bu ölkəyə qarşı beş Qətnamə qəbul ediblər. Qərb İranın nüvə silahı istehsal etmək niyyətində olduğunu bildirir. İran isə dəfələrlə bəyan edib ki, onun nüvə fəaliyyəti sülhməramlıdır və elektrik enerjisi istehsal etmək məqsədi daşıyır.

Xəbər lenti

Xəbər lenti