...

"Şərq tərəfdaşlığı" iştirakçıları üçün Aİ daxilində qüvvədə olan gömrük qanunları tətbiq olunacaq - Avropa Komissiyasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri

Siyasət Materials 2 Dekabr 2008 14:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 dekabr / Tren , müxbir R.Novruzov/ "Şərq tərəfdaşlığı" iştirakçıları üçün Aİ daxilində qüvvədə olan gömrük qanunları tətbiq olunacaq - Avropa Komissiyasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Alan Vaddams Trend -in müxbirinə bildirib.

"Azad ticarət zonasının yaradılması "Şərq tərəfdaşlığı" üzvləri üçün açıq bazar qaydalarını nəzərdə tutur", - Vaddams əlavə edib.

Avropa Komissiyası "Şərq tərəfdaşlığı" üzrə yeni bölmə yaradıb və dekabrın 2-3-də keçirilməsi nəzərdə tutulan ilk görüş zamanı "Şərq tərəfdaşlığı"na üzv ölkələrin Avropaya inteqrasiya yolunda uğurlarının və əsas inteqrasiya yollarının müzakirəsi planlaşdırılır.

Polşa və İsveçrə mayın 26-da şərq qonşuları üçün vahid forumun - "Şərq tərəfdaşlığı"nın yaradılması ilə bağlı təkliflərini Aİ xarici işlər nazirlərinə təqdim ediblər. Buraya Aİ-nin 27 ölkəsi, eyni zamanda Ukrayna, Moldova, Azərbaycan, Gürcüstan və Ermənistan daxil olacaq.

Qurum çərçivəsində vizanın ləğvi, azad ticarət zonasının yaradılması, strateji razılaşmaların imzalanması ilə bağlı müzakirələr aparılacaq.

Müəlliflə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti