...

NATO Rusiya ilə əməkdaşlığı bərpa edir

Siyasət Materials 5 Mart 2009 19:09 (UTC +04:00)
NATO Rusiya ilə əməkdaşlığı bərpa edir

Belçika, Brüssel, 05 mart / Trend , müxbir А.İsmayılova /

"NATO üzv ölkələrinin XİN başçıları Rusiya ilə münasibətləri bərpa etməyə razılaşıb", - cümə axşamı Brüsseldə NATO-nun Baş katibi Yaap De Xoop Sxeffer, alyansın üzv ölkələrinin XİN başçıları səviyyəsində iclasından sonra bildirib.

Sxeffer bu gün səhər xarici işlər nazirlərinin NATO-Rusiya Şurasının fəaliyyətinin bərpasına razılıq verməyə çağırıb. O qeyd edib ki, NATO və Rusiyanın Əfqanıstanda sülhün bərqərar edilməsi, terrorizmlə mübarizə və kütləvi qırğın silahının yayılmaması məsələlərində aşkar ümumi maraqları var.

NATO-Rusiya Şurasının işi Rusiyanın Gürcüstandakı hərbi əməliyyatlara başlamasından sonra 2008-ci ilin sentyabrında alyans tərəfindən birtərəfli şəkildə dayandırılmışdı.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti