...

MDB-nin müşahidəçi missiyası Azərbaycanda keçirilən referendumun ölkə qanunvericiliyinə müvafiq olduğunu hesab edir (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 19 Mart 2009 12:05 (UTC +04:00)
MDB-nin müşahidəçi missiyası Azərbaycanda keçirilən referendumun ölkə qanunvericiliyinə müvafiq olduğunu hesab edir  (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 19 mart / Trend , müxbir N.Abdullayeva /

MDB-nin müşahidəçi missiyası hesab edir ki, Azərbaycanda keçirilən referendum ölkədə fəaliyyətdə olan qanunvericilik normalarına, ümumxalq səsverməsinin təşkili və keçirilməsinə dair qəbul olunmuş ümumi yanaşmalara müvafiqdir. Bu barədə MDB müşahidəçi missiyasını yekun bəyanatında bildirilir.

Çərşənbə günü Azərbaycanda Konstitusiyanın 29 maddəsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə referendum keçirilib.

Bəyanatda vurğulanır ki, müşahidəçilər referendumun azad və açıq keçirildiyini bildirib və onun "Azərbaycanın ictimai həyatının gələcəkdə demokratikləşdirilməsi istiqamətində mühüm amil olduğunu, suverenlik əsaslarını möhkəmləndirdiyini, stabil artan sosial-iqtisadi inkişafın əksi" olduğunu qeyd ediblər.

Müşahidəçilər missiyaları çərçivəsində 12 şəhər və rayonun seçki dairələrinə baş çəkib və bütün iştirakçıların lazımi material və sənədlə təmin olunduğunu qeyd ediblər.
Onlar MSK-nın işini səmərəli adlandırıblar və bəyan ediblər ki, səsvermə sakit və fəal keçib.

"Seçkilər qanunvericilik prinsiplərinə uyğun olaraq demokratik keçdi. Seçkilərə hazırlıq prosesi KİV tərəfindən geniş işıqlandırıldı. Təşviqat qruplarının fəaliyyəti açıq idi, bütün qruplar üçün bərabər şərait yaradılmışdı və bu, Azərbaycanın demokratikləşdirilməsi və respublikanın suverenliyinin möhkəmləndirilməsində mühüm amil idi", - deyə cümə axşamı jurnalistlərə referendumda MDB missiyasının rəhbəri Toktasım Buzubayev bildirib.

Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunub, 2002-ci ildə Əsas qanuna əlavə və dəyişikliklər edilib

Referendumda xüsusilə Azərbaycan Konstitusiyasının 101-ci maddəsinin beşinci bəndində yer alan "heç kim iki dəfədən artıq AR-nın prezidenti seçilə bilməz" hazırkı redaktəsinin, müharibə şəraitində aparılan hərbi əməliyyatlar növbəti seçkilərin keçirilməsini mümkünsüz edirsə, fəaliyyətdə olan dövlət başçısının səlahiyyət müddətinin hərbi əməliyyatlar bitənədək artırılmasını nəzərdə tutan redaktə ilə əvəzlənməsi nəzərdə tutulurdu. Azərbaycan prezidentinin səlahiyyət müddəti beş ildir. Hazırda dövlət başçısı olan İlham Əliyev 2003 və 2008-ci illərdə prezident seçilib.

Ümumilikdə ölkə Konstitusiyasının 29 maddəsinə 41 dəyişiklik edilməsi planlaşdırılır. Burada, o cümlədən hərbi əməliyyatlar aparılan zaman ölkə parlamentinə seçkilərin ertələnməsi, 40 min seçiciyə qanunvericilik təşəbbüsü hüququ verilməsi, şəxsin istəyinə qarşı video və ya audio yazılışların aparılması və onun şəkilinin çəkilməsinə qadağa qoyulması, Azərbaycanın sabiq prezidentlərinin maddi təminatı, eləcə də texniki xarakterli müddəalar daxildir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti