...

Azərbaycan MSK Moldovada keçirilən parlament seçkilərinin gedişatını müşahidə edəcək

Siyasət Materials 31 Mart 2009 15:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 mart / Trend , müxbir N.Abdullayeva /

MSK-nın beynəlxalq əlaqələr rəhbəri Rövzəq Qasımov çərşənbə axşamı Trend -a bildirib ki, Azərbaycan MSK-nın nümayəndələri Moldovada keçiriləcək parlament seçkilərini müşahidə edəcəklər.

"Azərbaycan Mərkəzi Seçki Komissiyasının iki nümayəndəsi Kişinyovda seçkilərin gedişatını izləyəcək", - Qasımov deyib.

Moldova parlamentinə aprelin 5-də keçiriləcək seçkilərin monitorinqini AŞ PA-dan, ATƏT-in Parlament Assambleyasından, ATƏT-in insan haqları və demokratiya institutları bürosundan, MDB icraiyyə komitəsindən 700 beynəlxalq müşahidəçi keçirəcək.

Moldovanın 101-ci yerli parlamentinə seçkilər partiya siyahıları üzrə keçiriləcək. Parlamentə 21 namizəd olacaq, o cümlədən on beşi siyasi partiyalardan, altısı isə bitərəf namizədlərdən ibarət olacaq.

Moldova parlamentinin öncələr Seçki Məcəlləsinə etdiyi düzəlişlərə əsasən, partiyalar seçkilərdə seçki blokları yarada bilməzlər və xaricdən heç bir maliyyə dəstəyi almamalıdırlar. Parlamentə düşmək üçün 6 faizlik baryeri aşmaq kifayət edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti