...

Azərbaycan Prezidenti bələdiyyələrin siyahısına dəyişikliklər barədə qanunun tətbiqi haqqında sərəncam imzalayıb

Siyasət Materials 16 Aprel 2009 20:25 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev 2009-cu il matın 17-dən qəbul edilən "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısına dəyişikliklər barədə" qanunun qüvvəyə minməsi haqqında sərəncam imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.  

Fərmanda Nazirlər kabinetinə iki ay ərzində fəaliyyətdə olan qanunvericilik aktlarının "Bələdiyyələrin ərazi və torpaqları haqqında" qanuna əlavə olunmuş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısına dəyişikliklər barədə" qanuna uyğunlaşdırılması barədə təklifləri hazırlayıb Prezidentə təqdim etmək tapşırılıb.

Bununla yanaşı, Nazirlər Kabinetinin və müvafiq icra hakimiyyətlərinin mərkəzi orqanların hüquqi-normativ aktlarını sözügedən qanuna uyğun hazırlamaq və bu haqda Prezidenti məlumatlandırmaq tapşırılıb.

Fərman imzalandığı gündən qüvvəyə minir.

Xəbər lenti

Xəbər lenti