...

İraq ordusu ölkədə təhlükəsizliyi təmin etməyə qadir deyil – İraqın keçmiş baş naziri (Müsahibə)

Siyasət Materials 8 İyul 2009 15:17 (UTC +04:00)
İraq ordusu ölkədə təhlükəsizliyi təmin etməyə qadir deyil – İraqın keçmiş baş naziri (Müsahibə)

Azərbaycan, Bakı, 08 iyul / Trend , müxbir R.Hafizoğlu /

Trend -un Yaxın Şərq redaksiyasının İraqın keçmiş baş naziri İyyad Əlləvi ilə müsahibəsi

- Amerika qoşunlarının İraqdan çıxarılmasından sonra dini və milli zəmində toqquşmaların olacağı ehtimalı varmı? Sizcə, İraq polis qüvvələri ölkədə təhlükəsizliyi təmin edə biləcəklərmi?

- Nə İraq polisi, nə də ordu buna qadir deyil, çünki bu təşkilatlar tam şəkildə formalaşdırılmayıb. Onların inkişafı üçün mexanizm yaradılmayıb. Müxtəlif icmalar və iraqlılar arasında toqquşmalara gəldikdə isə, mən bunun belə bir səviyyəyə çatacağını düşünmürəm. Təbbi ki, Amerika ordusunun ölkədə iştirakına və ya çıxmasına baxmayaraq, qeyri-stabil vəziyyət, zorakılıq və iğtişalar davam edir. Hesab edirəm ki, üç əsas məsələ var, bunlardan biri tez bir zamanda həll olunması vacib olan xarici problemlərdir. Bu problemlərin qısa vaxtda həll edilməsi təhlükəsizliyə və əmin-amanlığa səbəb olacaq.

İkincisi isə əsl milli maraqlarla bağlı problemdir, hər hansı bir icmaya məxsus olmayan milli dövlət institutları yaradılmalıdır. Üçüncüsü isə işsizliklə mübarizə yolu ilə daxili iqtisadi vəziyyətin yaxşılaşdırılmasıdır. Xarici problemlərə gəldikdə regional vəziyyətin yenidən nəzərdən keçirilməsi, regionda siyasi ab-havanın dəyişilməsi, hər hansı bir gərginliyin, təhlükə və qorxunun aradan qaldırılması, ticarət və iqtisadi əlaqələrdə sabitlik, daxili problemlərə müdaxilə etmədən bərabərhüquqluluq və vahid maraqlar vacibdir.

- Ankara və Bağdad münasibətlərində əsas problemlərdən biri Kürd İşçi Partiyası terrorist qruplaşmasıdır. Siz Ankara və Bağdad arasında PPK ilə bağlı ziddiyyətləri nəzərə alaraq bu problemin həllini nə də görürsünüz?

- İraq yalnız Türkiyə ilə mübarizə aparmaq məsələsində deyil, həmçinin qonşu ölkələrin daxili işlərinə müdaxilə etmək məsələsində də Kürd İşçi Partiyasına qadağalar qoymalıdır. Bu, İraqın xarici siyasətinin əsas prioritetlərindən biri olmalıdır.

- Məlumdur ki, ABŞ-ın İranın rolu ilə bağlı mövqeyi haçalanır. Bir tərəfdən onlar bildirirlər ki, İraqda təhlükəsizliyin və stabilliyin təmin edilməsi məqsədilə İranla əməkdaşlıq edirlər, digər tərəfdən isə İranı terrorist təşkilatları dəstəkləməkdə günahlandırırlar. Siz İranın İraqdakı rolunu necə qiymətləndirirsiniz? İran İraqda təhlükəsizlik məsələsinin həll edilməsi üçün hansı müsbət addımları atmalıdır?

-Biz İran-Amerika münasibətlərini Ərəb-İran münasibətlərindən ayırmalıyıq. Biz İranla birbaşa dialoqa başlamalıyıq və biz BMT, İKT, Fars Körfəzi ölkələri Şurasını bu dialoqa dəvət etməliyik. Biz Yaxın Şərqdə İndoneziya, Azərbaycan, Qazaxıstandan başlayaraq Şimali Afrika və Cənubi Somaliyə kimi ab-havanın dəyişdirilməsi üzrərində çalışmalıyıq.

- İraq "Nabukko" boru kəməri üçün potensial qaz tədarükçülərindən biri kimi nəzərdən keçirilir. Sizin ölkənizin bu layihədə nə kimi maraqları var? Siz bu layihənin reallaşmasına necə baxırsınız?

- Təəssüf ki, İraqın bu məsələdə konkret strategiyası yoxdur. Biz milli neft şirkətinin yaranması barədə qanunun hazırlanmasına başlayanda nazirliyin tərkibi dəyişildi. Məndən sonra gələn nazirlər bu məsələyə biganə yanaşdılar və İraq milli neft şirkətinin yaranması barədə qanunun hazırlanmasına çalışmadılar. İstismar olunan neft yataqlarının milli əmlak kimi İraqın milli neft şirkətinin tərkibində qalması vacibdir. İstismar olunmayan yataqlara münasibətdə isə aydın siyasət həyata keçirilməlidir. Bu, neft hasilatına başlamaq üçün lazımi investisiya və avadanlıqların cəlb olunmasına imkan verəcək. Düşünürəm ki, hazırkı hökumət tərəfindən neft yataqlarına münasibətdə həyata keçirilən siyasət səhv və uğursuzdur.

Xəbər lenti

Xəbər lenti