...

Azərbaycanın qeyri-hökumət təşkilatlarına maliyyə yardımı ilə bağlı qaydalarda təkmilləşdirmə aparılacaq

Siyasət Materials 22 İyul 2009 09:00 (UTC +04:00)
“Ümumi məqsəd odur ki, layihələri təqdim edən təşkilatlar maksimum dərəcədə layihənin mahiyyətini, onun həyata keçirilmə mexanizmini və əldə olunan nəticələri tam şəkildə təsəvvür edə bilsin”, - cərşənbə axşamı Trend News-a Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bildirib.
Azərbaycanın qeyri-hökumət təşkilatlarına maliyyə yardımı ilə bağlı qaydalarda təkmilləşdirmə aparılacaq

Azərbaycan, Bakı, 21 iyul / Trend , A.Hüseynbala /

Azərbaycanın qeyri-hökumət təşkilatlarına maliyyə yardımı ilə bağlı qaydalarda təkmilləşdirmə aparılacaq.

"Ümumi məqsəd odur ki, layihələri təqdim edən təşkilatlar maksimum dərəcədə layihənin mahiyyətini, onun həyata keçirilmə mexanizmini və əldə olunan nəticələri tam şəkildə təsəvvür edə bilsin", - cərşənbə axşamı Trend -a Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bildirib.

Trend -un arayışı: QHT-lərə maliyyə yardımı ilə bağlı builki müsabiqə yanvarın 15-də elan edilib və sənədlərin təqdim etmə müddəti fevralın 15-də başa çatıb. Bu il Şuraya 569 layihə təqdim edilib. Layihə təqdim edən QHT-lərin Şuradan istədiyi məbləğ ümümilikdə 9 milyon manata yaxın olub, amma Şuranın müsabiqə fondu bundan dəfələrlə az - 2 milyon 68 manat təşkil edib. Müsabiqəyə təqdim edilən layihələrdən 226-sı Şura tərəfindən dəstəklənib və onlara ümumilikdə 1 milyon 848 min manat vəsait ayrılıb.

Quliyevin sözlərinə görə, layihələrin qəbul edilməsi prosedurunun da təkmilləşdirilməsinə ehtiyac var. "İstəyirik ki, layihələrin qəbulunda beynəlxalq prinsiplər tətbiq olunsun. Biz indiyədək layihə təqdim edən QHT-lərin sənədlərinin qəbulu zamanı bir çox güzəştlər tətbiq etmişik", - Şura sədri əlavə edib.

Onun fikrincə, təkmilləşdirmədən sonra müsabiqədə iştirak edəcək QHT-lərin sənədlərində çatışmazlıq olarsa, onlara yenidən həmin nöqsanları aradan qaldırmaq üçün şans verilməyəcək. "Belə bir praktika dünyanın heç bir yerində yoxdur. Beynəlxalq təcrübəyə görə, şərtlərə uyğun olmayan sənədlər dərhal geri qaytarılır, onun müsabiqəyə təqdim olunmasından imtina edilir. İki ildir biz QHT-lərin bu cür nöqsanlarına göz yummuşuq. Məncə, bu istiqamətdə ciddi təkmilləşdirmənin vaxtı çatıb", - Quliyev vurğulayıb.

Layihələrin icrasının monitorinqinə gəldikdə, Şura sədri deyib ki, bu proses sentyabrda olacaq. "Həmin vaxt layihələrin yarım illik icrası ilə bağlı aralıq hesabat açıqlanacaq. Bu, həm katibliyin apardığı monitorinq nəticəsində, həm də Şuranın cəlb etdiyi iki qeyri-hökumət təşkilatının hazırladığı hesabat əsasında olacaq. Dekabrda isə yekun hesabat hazırlanacaq, o zaman layihələrin icrası ilə bağlı vəziyyət tam şəkildə bəlli olacaq", - Quliyev qeyd edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti