...

AŞPA-nın Azərbaycan üzrə yeni həmməruzəçisinin tezliklə Bakıya ilk səfəri olacaq

Siyasət Materials 11 Dekabr 2009 18:32 (UTC +04:00)
AŞPA-nın Azərbaycan üzrə yeni həmməruzəçisi Yozef Debono Qrex fevralın sonunda öz həmkarı Andres Herkellə birdə Bakıya ilk dəfə səfər edəcək.
AŞPA-nın Azərbaycan üzrə yeni həmməruzəçisinin tezliklə Bakıya ilk səfəri olacaq

Azərbaycan, Bakı, 11 dekabr / Trend , müxbir Y.Ostapenko/

AŞPA-nın Azərbaycan üzrə yeni həmməruzəçisi Yozef Debono Qrex fevralın sonunda öz həmkarı Andres Herkellə birdə Bakıya ilk dəfə səfər edəcək.

"Səfər zamanı həm Azərbaycan hökuməti, həm də müxalifətlə görüşlərin keçirilməsi planlaşdırılır", - Qrex telefonla Trend -a deyib.

"Bu mənim ilk səfərimdir. Mən bütün planlaşdırılmış görüşləri keçirməyə çalışacağam", - AŞ-də Malta nümayəndə heyətinin üzvü Qrex deyib.

Həmməruzəçinin sözlərinə görə, o, hazırda müxtəlif materiallardan istifadə edərək Azərbaycan haqıında məlumat əldə edir.

Qrex Parlamet Assambleyasının Monitorinq Komitəsinin noyabrın 19-da keçirilən iclasında Azərbaycan üzrə yeni həmməruzəçi təyin edilib. 2001-ci ildə -yə daxil olan Azərbaycan bir sıra öhdəliklər götürüb. Bu öhdəliklərin yerinə yetirilməsinə Monitorinq Komitəsi nəzarət edir.

Qrex gələn həftə Parisdə öz həmkarları ilə - Estoniya nümayəndə heyətinin başçısı Herkel, həmçinin AŞPA-nın monitorinq qrupunun nümayəndələri ilə görüşəcək. Görüş zamanı tərəflər informasiya mübadiləsi aparacaqlar.

Həmməruzəçilər AŞPA-nın yanvarda keçiriləcək qış sessiyasında Azərbaycana səfərin yekunları üzrə məlumat təqdim edəcəklər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti