...

Dmitri Medvedev Azərbaycan Prezidentini ad günü münasibətilə təbrik edib

Siyasət Materials 24 Dekabr 2009 19:58 (UTC +04:00)
Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Dmitri Medvedev Azərbaycan Prezidentini ad günü münasibətilə təbrik edib

Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

RF Prezidenti dövlətimizin başçısını ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində yeni-yeni uğurlar, möhkəm cansağlığı arzulayıb. Azərbaycan Prezidenti təbrikə və diqqətə görə Dmitri Medvedevə minnətdarlığını bildirib.

Dövlət başçıları Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin uğurlu inkişafından məmnunluq ifadə edib, 2009-cu ildə prezidentlər səviyyəsində keçirilən çoxsaylı ikitərəfli görüşlərin əhəmiyyətini vurğulayıb, 2010-cu ildə bu görüşlərin davam etdirilməsi haqqında razılıq əldə ediblər.

Telefon söhbəti zamanı Prezident İlham Əliyev Rusiya Prezidentinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib.

Xəbər lenti

Xəbər lenti