...

Azərbaycan prezidenti Respublika Perinatal Mərkəzinin açılışında iştirak edib

Siyasət Materials 28 Dekabr 2009 19:30 (UTC +04:00)
Azərbaycan prezidenti İlham Əliyev və onun xanımı Mehriban Əliyeva bazar ertəsi Bakıda Respublika Perinatal Mərkəzinin açılışında iştirak edib, Xəbəri AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Azərbaycan prezidenti Respublika Perinatal Mərkəzinin açılışında iştirak edib

Azərbaycan prezidenti İlham Əliyev və onun xanımı Mehriban Əliyeva bazar ertəsi Bakıda Respublika Perinatal Mərkəzinin açılışında iştirak edib, Xəbəri AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Mərasim iştirakçıları dövlətimizin başçısını və xanımını hərarətlə qarşılayıblar. Mehriban Əliyevaya gül dəstəsi təqdim olunub.

Prezident İlham Əliyev yeni səhiyyə müəssisəsində yaradılmış şəraitlə tanış olub.

Dövlətimizin başçısının tapşırığına əsasən qəbul olunmuş "Ana və uşaqların sağlamlığının qorunmasına dair tədbirlər Proqramı"na uyğun olaraq yaradılmış Respublika Perinatal Mərkəzi dünya standartlarına cavab verən ən müasir avadanlıqla təchiz edilib.

Ölkədə perinatal xidmətin keyfiyyətinin artırılması məqsədi ilə mərkəzdə xəstələrin doğumdan əvvəl hərtərəfli müayinəsi və müalicəsi aparılacaq, hamiləliyin normal keçməsi təmin olunacaq, perinatal dövrdə patologiyası olan qadınlara stasionar tibbi xidmət, yeni doğulmuş xəstə körpələrə reanimasiya və reabilitasiya yardımı, habelə hamilə qadınlara tibbi-psixoloji yardım göstəriləcək.

120 çarpayılıq mərkəzdə doğum, hamiləliyin patologiyası, neonatologiya, yeni doğulmuşların intensiv terapiya, reanimasiya və cərrahiyyə şöbələri, laboratoriya, rentgen, ultrasəs müayinəsi, transfuziologiya, fizioterapiya və s. kabinetləri fəaliyyət göstərəcəkdir. Hamilə, zahi qadınlara və körpələrə bu tibb müəssisəsində müsabiqə yolu ilə seçilmiş 125 həkim, o cümlədən ginekoloq, terapevt, mammoloq, cərrah, ultrasəs müayinəsi həkimləri xidmət göstərəcəklər.

Dövlət başçısı mərkəzin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək, tövsiyə və tapşırıqlarını bildirib.

Sonda xatirə şəkli çəkdirilib.

Xəbər lenti

Xəbər lenti