...

Türkiyəyə olan nifrət erməni diasporunun dağılmasının qarşısını alan yeganə vasitədir – amerikalı ekspert

Siyasət Materials 22 Yanvar 2010 17:09 (UTC +04:00)
Erməni diasporu Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasını istəmir, çünki Türkiyəyə qarşı nifrət erməni diasporunun dağılmasının qarşısını alır. Amerika-Türk Koalisiyasının tədqiqatçısı, ekspert Bryus Feyn (Bruce Fein) belə hesab edir.
Türkiyəyə olan nifrət erməni diasporunun dağılmasının qarşısını alan yeganə vasitədir – amerikalı ekspert

ABŞ, Vaşınqton, 22 yanvar / Trend , müxbir N.Boqdanova/

Erməni diasporu Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasını istəmir, çünki Türkiyəyə qarşı nifrət erməni diasporunun dağılmasının qarşısını alır. Amerika-Türk Koalisiyasının tədqiqatçısı, ekspert Bryus Feyn (Bruce Fein) belə hesab edir.

"Varlı erməni diasporu maliyyə vəsaitləri ilə Ermənistan Parlamentinin protokolları ratifikasiya etməsində Yerevana təsir edir. Diaspor Türkiyə-Ermənistan münasibətlərinin normallaşma prosesinin iflasa uğramasını həsrətlə gözləyir, ona görə ki, Türkiyəyə qarşı kəskin nifrət diasporu dağılmaqdan qoruyan yeganə "vasitədir", - Feyn cümə günü Trend -a deyib.

2009-cu il dekabrın 10-da Türkiyə və Ermənistan XİN rəhbərləri Əhməd Davudoğlu və Edvard Nalbandyan ikitərəfli münasibətlərin normallaşması haqqında protokollar imzlayıb. Ölkələr arasında diplomatik əlaqələr 1993-cü ildən kəsilib.

İki ölkə arasında sərhədlərin 1993-cü ildən bağlanmasına səbəb ermənilərin "soyqırım" iddiası və bunu dünya səviyyəsində tanıtmaq cəhdləri, həmçinin Ermənistan SQ tərəfindən Azərbaycan ərazilərinin işğalı olub.

Ekspertin sözlərinə görə, Ermənistandan beynəlxalq hüquqlara riayət etmək ciddi tələb olunmalıdır.

"Elan olunmamış müharibəyə başlamasına və Dağlıq Qarabağ ərazisini işğal etməsinə baxmayaraq, Ermənistana güzəştə getmək onun cəfəng ambisiyalarına daha da stimul verəcək", - o deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Baş Assambleyasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti