...

Azərbaycanda odlu silahla qətllərə görə cəzanın müddəti ən azı 30 ilədək artırılmalıdır – deputat

Siyasət Materials 19 Fevral 2010 16:03 (UTC +04:00)
"Parlamentdə odlu silahla törədilən qətllərin və zorlama hallarının qarşısının alınması üçün daha ciddi cəzaların müddətinin artırılması haqqında məsələ qaldıracağam", - Trend News-un məlumatına görə, cümə günü jurnalistlərə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev bildirib.
Azərbaycanda odlu silahla qətllərə görə cəzanın müddəti ən azı 30 ilədək artırılmalıdır – deputat

Azərbaycan, Bakı, 19 fevral / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan Parlamentinin deputatı hesab edir ki, odlu silahla qətllərə görə cəzanın müddəti artırılmalıdır.

"Parlamentdə odlu silahla törədilən qətllərin və zorlama hallarının qarşısının alınması üçün daha ciddi cəzaların müddətinin artırılması haqqında məsələ qaldıracağam. Düşünürəm ki, odlu silahla qətlə yetirmə cinayətlərinə görə cəzanın müddəti ən azı 30 ilədək artırılmalıdır" - Trend -un məlumatına görə, cümə günü jurnalistlərə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev bildirib.

Həsənquliyevin sözlərinə görə, o, beynəlxalq təcrübəyə əsaslanaraq belə təkliflə çııxş edəcək.

"Zorlama xarakterli cinayət əməlinə görə isə cəzanın yuxarı həddi 20 il müəyyənləşdirilməlidir. Eyni zamanda, zorlama hərəkətlərinə görə bir sıra qərbi Avropa ölkələrinin təcrübəsindən istifadə olunaraq, əlavə cəza da tətbiq olunmalıdır. Yəni zorlama cinayəti törədən şəxslər cərrahi yolla axtalanmalıdırlar", - millət vəkili əlavə edib.

Onun fikrincə, dünyanın bir çox ölkələrində, xüsusilə də ABŞ-da oxşar cinayətlərə görə bundan daha çoxmüddətli cəza növləri var. "Bu baxımdan cəza müddətinin artırılmasında heç bir problem görmürəm. Dünyanın əksər ölkələrində bu və ya digər cinayət hallarının çoxaldığı zaman həmin cinayətlərə görə tətbiq olunan cəza növləri bir qayda olaraq sərtləşdirilir. Təbii ki, ilk növbədə, bu cinayətlərin çoxalmasına zəmin yaradan şərait və səbəblər ciddi şəkildə araşdırılır. İndiki halda, ilk növbədə, orduda baş verən cinayətlərin səbəblərinin araşdırılması və nizam-intizamın gücləndirilməsi lazımdır", - Həsənquliyev vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti