...

Azərbaycan Parlamenti ABŞ Konqresinə etiraz bəyanatı qəbul edəcək

Siyasət Materials 5 Mart 2010 13:38 (UTC +04:00)
Azərbaycan Parlamenti sədrinin müavini ABŞ Konqresinin Xarici əlaqələr komitəsində qondarma "erməni soyqırımı" ilə bağlı qəbul edilən qərara etiraz bəyanatı ilə reaksiya verilməsini təklif edib.
Azərbaycan Parlamenti ABŞ Konqresinə etiraz bəyanatı qəbul edəcək

Azərbaycan, Bakı, 5 mart / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan Parlamenti sədrinin müavini ABŞ Konqresinin Xarici əlaqələr komitəsində qondarma "erməni soyqırımı" ilə bağlı qəbul edilən qərara etiraz bəyanatı ilə reaksiya verilməsini təklif edib.

"Biz bir qrup yaratmalı və Konqresə etiraz bəyanatı ünvanlamalıyıq", - Trend -un məlumatına görə, cümə günü keçirilən iclasda Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib.

Muradovanın fikrincə, parlamentdə bəyanat qəbul olunması Azərbaycanın Türkiyə ilə həmrəyliyinin də nümayişi olacaq.

Spiker Oqtay Əsədov təklifi dəstəkləyərək, komitə sədrlərinin iştirakı ilə bəyanatın hazırlanacağını bildirib.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov isə fasilə zamanı bəyanatın hazırlanmasının və qəbul olunmasının vacib olduğunu qeyd edib.

ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsi cümə axşamı keçirdiyi iclasda 23 səs "lehinə", 22 səs "əleyhinə" olmaqla qondarma "erməni soyqırımı"nın tanınmasına dair qətnaməni qəbul edib.

Xəbər lenti

Xəbər lenti