...

İran Prezidentinin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi Bakıya gəlib

Siyasət Materials 10 Mart 2010 18:22 (UTC +04:00)
İran Prezidentinin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi, İran xarici işlər nazirinin müavini Mehdi Səfəri Xəzərdə təhlükəsizlik məsələlərinə dair iclasda iştirak etmək üçün çərşənbə günü Bakıya gəlib.
İran Prezidentinin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi Bakıya gəlib

Azərbaycan, Bakı, 10 mart / Trend , müxbir T.Cəfərov/

İran Prezidentinin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi, İran xarici işlər nazirinin müavini Mehdi Səfəri Xəzərdə təhlükəsizlik məsələlərinə dair iclasda iştirak etmək üçün çərşənbə günü Bakıya gəlib. Bu barədə İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Abbas İsgəndəri Trend -a deyib.

11-12 mart tarixlərində Bakıda Xəzərsahili ölkələrin xarici işlər nazirləri müavinləri səviyyəsində növbəti iclasın keçirilməsi planlaşdırılır.

Görüşdə nazir müavinləri ilə yanaşı, Sərhəd Xidməti, Gömrük Xidməti, DİN, FHN nümayəndələri də iştirak edəcək. Belə ki, görüş zamanı təhlükəsizlik məsələsi də müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti