...

Azərbaycan Prezidentinin köməkçisi Sloveniyada rəsmi səfərdə olub

Siyasət Materials 1 Aprel 2010 01:07 (UTC +04:00)
Azərbaycan Respublikası Prezidentinin köməkçisi, general-leytenant Vahid Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti martın 29-30-da Sloveniya Respublikasında rəsmi səfərdə olmuşdur.
Azərbaycan Prezidentinin köməkçisi Sloveniyada rəsmi səfərdə olub

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, general-leytenant Vahid Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti martın 29-30-da Sloveniya Respublikasında rəsmi səfərdə olmuşdur. Məlumatı çərşənbə günü AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Azərbaycanın Avstriyadakı səfirliyinin Sloveniyadakı nümayəndəliyindən bildirmişlər ki, Sloveniyanın müdafiə nazirliyinin dövlət katibi Uroş Krekin rəsmi dəvəti əsasında baş tutmuşdur.

Səfər müddətində nümayəndə heyəti Sloveniyanın müdafiə nazirliyində, Sloveniya Universitetinin sosial elmlər fakültəsində, Ticarət və Sənaye Palatasında bir sıra görüşlər keçirmiş, hərbi hissələrə baş çəkmişdir. Sloveniya mütəxəssisləri müdafiə nazirliyinin strukturu və fəaliyyəti, hərbi sahədə görülən işlər, müdafiə sənayesi barədə təqdimatlarla çıxış etmiş, Azərbaycan tərəfinin maraqlandıran suallara cavab vermişdir.

Səfər zamanı Azərbaycan və Sloveniya arasında hərbi sahədə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılmışdır.

Nümayəndə heyəti, həmçinin Sloveniya torpağında uyuyan Azərbaycanın igid oğlu, Sovet İttifaqı qəhrəmanı Mehdi Hüseynzadənin Şempas qəsəbəsində ucaldılmış abidəsinə baş çəkmiş, abidə önünə əklil qoymuşdur.

Vahid Əliyev səfərin yekunu ilə bağlı "Slovenska voyska" jurnalına müsahibə vermişdir.

Səfirliyin Sloveniyadakı nümayəndəsi Gəray Muradov və Azərbaycanın Avstriyadakı hərbi nümayəndəsi Kamil Quliyev nümayəndə heyətini səfər müddətində müşayiət etmişdir.

Xəbər lenti

Xəbər lenti