...

BMT Türkmənistana vahid seçki məcəlləsi işləyib hazırlamaqda kömək edir

Siyasət Materials 1 May 2010 16:18 (UTC +04:00)
BMT-nin inkişaf proqramı (BMTİP) Türkmənistana milli qanunvericiliyin təkmilləşdirilməsi məsələlərində, xüsusilə də vahid seçki məcəlləsinin işlənib hazırlanmasında məsləhətlər verir.
BMT Türkmənistana vahid seçki məcəlləsi işləyib hazırlamaqda kömək edir

Türkmənistan, Aşqabad, 1 may /Trend, müxbir H.Həsənov/

BMT-nin inkişaf proqramı (BMTİP) Türkmənistana milli qanunvericiliyin təkmilləşdirilməsi məsələlərində, xüsusilə də vahid seçki məcəlləsinin işlənib hazırlanmasında məsləhətlər verir.

Yaxın günlərdə Aşqabadda "Türkmənistanda seçki sistemi və proseslərinin möhkəmləndirilməsi üzrə əməkdaşlıq" birgə layihəsi çərçivəsində "dəyirmi masa" keçirilib. "Dəyirmi masa"da ekspert vəzifəsində BMTİP-nin Türkmənistandakı məsləhətçisi Deniel Patrik Finn çıxış edib.

Bu layihə XİN və Türkmənistan prezidenti yanında demokratiya və insan hüquqları milli institutunun iştirakı ilə həyata keçirilir.

Müzakirələr Türkmənistan məclisinin (parlamentinin) deputatlarının, həmçinin Türkmənistanda seçkilər və referendumların keçirilməsi üzrə mərkəzi komissiyanın əməkdaşları, XİN, ədliyyə nazirliyi, Türkmənistan prezidenti yanında dövlətçilik və hüquq institutu və başqaları iştirakı ilə baş tutub.

Müasir Türkmənistanda milli qanunverici-hüquqi bazanın təkmilləşdirilməsi və inkişafı üzrə kompleks proqram hamı tərəfindən qəbul olunmuş beynəlxalq hüquqi normaların implementasiyasını nəzərdə tutur.

Prosesin əvvəlində Türkmənistan Konstitusiyasının yeni redaktəsi qəbul edildi.Burada ölkənin seçki sisteminin demokratik prinsipləri möhkəmləndirilib.

Xəbər lenti

Xəbər lenti