...

Azərbaycan partiyasının gənclər təşkilatı İsveçdə keçiriləcək seminarda iştirak edəcək

Siyasət Materials 4 May 2010 16:24 (UTC +04:00)
Avropa ölkələri gənclər təşkilatlarının iştirakı ilə keçiriləcək tədbirdə AMİP-çi gənclər öz həmyaşıdları ilə fikir və təcrübə mübadiləsi aparacaqlar.
Azərbaycan partiyasının gənclər təşkilatı İsveçdə keçiriləcək seminarda iştirak edəcək

Azərbaycan, Bakı, 4 may /Trend, müxbir M.Əliyev/

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Gənclər Təşkilatının 5 nəfərdən ibarət nümayəndə heyəti İsveçin hakim Moderat Partiyası Gənclər Təşkilatının dəvəti ilə "Demokratiyanın prinsipləri" mövzusunda keçiriləcək seminara qatılmaq üçün mayın 6-dan 12-dək bu ölkədə səfərdə olacaqlar.

Avropa ölkələri gənclər təşkilatlarının iştirakı ilə keçiriləcək tədbirdə AMİP-çi gənclər öz həmyaşıdları ilə fikir və təcrübə mübadiləsi aparacaqlar.

Həmçinin, proqram çərçivəsində AMİP-çi gənclərin İsveç Parlamentində təmsil olunan gənc parlament üzvləri ilə görüşləri də nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti