...

Bakiyev tərəfdarlarının Qırğızıstandakı hadisələrdə əli olduğunu çox şey sübut edir – ekspertlər

Siyasət Materials 15 İyun 2010 14:23 (UTC +04:00)
Ölkənin devrilmiş Prezidenti Kurmanbek Bakiyevin tərəfdarlarının Qırğızıstandakı hadisələrdə əli olduğunu çoxlu sayda faktlar göstərir. Ekspertlər belə hesab edirlər.
Bakiyev tərəfdarlarının Qırğızıstandakı hadisələrdə əli olduğunu çox şey sübut edir – ekspertlər

Azərbaycan, Bakı, 15 iyun /Trend, müxbir V.Javoronkova/

Ölkənin devrilmiş Prezidenti Kurmanbek Bakiyevin tərəfdarlarının Qırğızıstandakı hadisələrdə əli olduğunu çoxlu sayda faktlar göstərir. Ekspertlər belə hesab edirlər.

"Çoxları baş verənlərə görə keçmiş Prezident Bakiyevin tərəfdarlarını günahlandırır və bunun həqiqət olduğunu söyləməyə bütün əsaslar var", - Mərkəzi Asiya məsələləri üzrə amerikalı ekspert Brüs Panyer Trend-ə bildirib.

Qırğızıstanda Kurmanbek Bakiyev hakimiyyətinin devrilməsi ilə nəticələnən aprel ayından başlayan qarşıdurmalar davam edir. Hazırda prezidentin səlahiyyətlərini Roza Otunbayeva icra edir.
Qırğızıstanın cənubunda iğtişaşların yeni dalğası iyunun 10-u gecə başlayıb. Hakimiyyət indiyədək vəziyyəti nəzarət altına ala bilməyib. Son məlumatlara görə, etnik qruplar arasındakı toqquşmalarda 170-ə yaxın insan həlak olub, iki minə yaxın adam yaralanıb.

Müşahidəçilər hesab edirlər ki, ölkədəki iğtişaşların yeni dalğasında Kurmanbek Bakiyevin tərəfdarlarının əli var. Ekspertlərin fikrincə, belə mülahizələr əsassız deyil.

Rəsmi məlumatlara görə, iğtişaşların əsas səbəbi ölkənin özbək və qırğız əhalisi arasında millətlərarası qırğındır. Lakin Mərkəzi Asiya üzrə alman ekspert Mixail Laubşun fikrincə, vəziyyət bir qədər başqa cürdür.

"Bizə məlumat daxil olub ki, Qırğızıstanın cənubunda özünü "özbəklər" adlandıran eyni qrup qırğız xalqına hücum edib, daha sonra isə həmin qrup özünü "qırğızlar" adlandıraraq özbəklərlə vuruşub. Bu sübut edir ki, bu qruplar hansı şəkildəsə, kənardan idarə olunur", - Laubş deyib.

Ekspertin fikrincə, planlaşdırılmış çevriliş ideyasını dəstəkləyə biləcək digər faktlar da mövcuddur: qarşıdakı referendum və etnik özbəklər və qırğızlar arasındakı münasibətlərdə gərginliyin bundan əvvəl də olması faktı. Axı ötən illərdə iki etnik qrup birlikdə sülh şəraitində yaşayırdılar.

"Azadlıq" radiosunun eksperti Panyerin fikrincə, Qırğızıstan əhalisinin zorla boynuna qoyulduğu "millətlərarası qırğın" ölkədə vəziyyəti qeyri-sabit etmək üçün ən yaxşı üsullarından biridir.

"Əgər Bakiyev tərəfdarları həqiqətən də iğtişaşlara başlamaq və ölkənin cənubunda vəziyyəti gərginləşdirmək istəsələr, onda millətlərarası mübarizə bunu etməyin ən etibarlı üsulu olacaq", - ekspert elektron poçt vasitəsilə Trend-ə bildirib.

Mərkəzi Asiya məsələləri üzrə rusiyalı ekspert, Qırğızıstanda yaşayan Aleksandr Knyazev də belə hesab edir ki, Bakiyevin ölkədə baş verən qarışıqlıqlarda əli var.

"Burada bu hadisələrin keçmiş prezident Bakiyevin tərəfdarları tərəfindən qızışdırıldığı heç kimdə şübhə doğurmur", - Knyazev "Komsomolskaya pravda" radiosunun efirində bildirib. - "Əgər Bişkəkdən qaçışdan dərhal sonra baş vermiş bütün bu açıq çıxışları analiz etsək, o zaman millətlərarası ziddiyyətlər, millətlərarası münaqişələrin inkişafı ilə bağlı hədələr bu məsələdə məhz qırmızı xətlə keçir".

Laubş hesab edir ki, eks-prezident Bakiyevin vəziyyətə şəxsi təsiri əvvəlki kimi aydın deyil.

"Şayiələrə görə, o, Belarusu tərk edib və Türkiyəyə gedib. Ola bilsin ki, qayıtmaq şansı olan kimi Qırğızıstana yaxın olmaq üçün belə edib", - o bildirib.

Digər tərəfdən, Laubşun fikrincə, Fərqanə vadisinin böhranın mümkün ocaqlarından biri olduğu aydındır və bu ilin aprel hadisələri münaqişənin dirçəlməsi üçün "göndərmə nöqtəsi" ola bilərdi.

Ekspertin fikrində, 2005-ci ilə nəzər salarkən aydın olur ki, nəyə görə o vaxt belə etnik gərginlik baş verməmişdi, çünki "cənublu" Bakiyevin nəzarəti 2010-cu ildə "şimallı" Otunbayevadan çox idi.

"Əlbəttə, bu ayın sonlarında keçiriləcək referendum təhlükə altındadır. Qırğızıstanın cənub regionlarında vəziyyət sabitləşmədikcə, referendumun heç bir mənası yoxdur", - Laubş deyib.

Xəbər lenti

Xəbər lenti