...

Heç kim Gürcüstanın Aİ-yə üzv olmasına mane ola bilməz – Fransa XİN rəhbəri

Siyasət Materials 15 İyul 2010 19:09 (UTC +04:00)
Gürcüstan Prezidenti Mixail Saakaşvili Fransa Prezidenti Nikola Sarkozi və xarici işlər naziri Bernar Kuşnerlə dostluğundan qürur hissi duyur.
Heç kim Gürcüstanın Aİ-yə üzv olmasına mane ola bilməz – Fransa XİN rəhbəri

Gürcüstan, Tbilisi, 15 iyul /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan Prezidenti Mixail Saakaşvili Fransa Prezidenti Nikola Sarkozi və xarici işlər naziri Bernar Kuşnerlə dostluğundan qürur hissi duyur. Bu barədə Prezident cümə axşamı Avlabari sarayında Kuşnerlə şəxsən görüşdükdən sonra birgə mətbuat konfransında deyib.

"Bu dostluq mənim tələbə olduğum və sonradan Şevardnadze hökumətində nazir olan vaxtdan başlayıb", - Saakaşvili bildirib və qeyd edib ki, Sarkozi ilə dostluğun təməli onların hər ikisi nazir olanda qoyulub.

"Bizi birgə ideyalar birləşdirir və dostluğumuz bu baxışlarda möhkəmlənəcək", - Saakaşvili qeyd edib.

O, Fransanın regionda oynadığı mühüm rolu qeyd edib. "Fransa regionda mühüm rol oynayır və mən Fransanın Aİ-də və NATO-dakı dəstəyindən razıyam. Biz ikitərəfli iqtisadi əlaqələrin qurulması və inkişafı, Cenevrə prosesindəki dəstəyə görə Fransaya minnətdarıq", - Gürcüstan prezidenti deyib.

Kuşner bildirib ki, Saakaşvilini hələ o tələbə olandan tanıyır. "Bizim dünya inkişafına eyni baxış və yanaşmalarımız var və Gürcüstanın Aİ-yə səy göstərməsi bizi daha da yaxınlaşdırır", - o deyib.

Kuşnerin sözlərinə görə. Gürcüstanın Aİ-yə inteqrasiyasının daha da real olması üçün ölkənin iqtisadi inkişafını gücləndirmək lazımdır. O, bildirib ki, Gürcüstan Aİ-yə üzv ola bilər və "buna heç kim mane ola bilməz".

"Bu məsələni heç kim Gürcüstanın əvəzinə həll edə bilməz. O nə vaxt hazır olsa Aİ-yə üzv olacaq və Rusiya buna mane ola bilməz", - o vurğulayıb. "Aİ bütün dünya üçün nümunə olmalıdır. Biz inkişaf etmək üçün bütün ölkələrlə yaxşı və sülh münasibətlərinin olmasını istəyirik", - Fransa XİN rəhbəri sözünü tamamlayıb.

Xəbər lenti

Xəbər lenti