...

Bakıda birmərtəbəli bina uçub - FHN

Siyasət Materials 19 İyul 2010 17:42 (UTC +04:00)
Bakının Nizami rayonunda tikinti işləri aparılan birmərtəbəli binada uçqun baş verib. Trend-in Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, dağıntılar altında bir nəfər köməksiz vəziyyətdə qalıb.
Bakıda birmərtəbəli bina uçub - FHN

Azərbaycan, Bakı, 19 iyul /Trend, müxbir T.Hacıyev/

Bakının Nizami rayonunda tikinti işləri aparılan birmərtəbəli binada uçqun baş verib. Trend-in Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, dağıntılar altında bir nəfər köməksiz vəziyyətdə qalıb.

FHN-in xilasediciləri müvafiq təhlükəsizlik qaydalarına riayət etməklə həmin şəxsi dağıntılar altından xilas edərək ilkin tibbi yardım göstərdikdən sonra aidiyyəti üzrə təhvil verib, həmçinin, hadisə yerində lazımi təhlükəsizlik tədbirləri görüb.

Xəbər lenti

Xəbər lenti