...

Azərbaycan Prezidenti Respublika mehmanxanasının təmirdən sonrakı vəziyyəti ilə tanış olub

Siyasət Materials 20 İyul 2010 19:21 (UTC +04:00)
Respublika mehmanxanası əsaslı təmir və yenidənqurma işlərindən sonra istifadəyə verilib.
Azərbaycan Prezidenti Respublika mehmanxanasının təmirdən sonrakı vəziyyəti ilə tanış olub

Respublika mehmanxanası əsaslı təmir və yenidənqurma işlərindən sonra istifadəyə verilib. Çərşənbə axşamı Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Respublika mehmanxanasının əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə yaxından tanış olublar. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Görülən işlər barədə dövlətimizin başçısına məlumat verilib. Bildirilib ki, yenidənqurma işlərini yerli və xarici mütəxəssislərdən ibarət inşaat briqadası həyata keçirib. İnşaat işlərində 140-a yaxın fəhlə və mütəxəssis iştirak edib, təmir və yenidənqurma işləri ən müasir standartlara uyğun şəkildə aparılıb. Qonaqların rahatlığını təmin etmək məqsədi ilə mehmanxanada müxtəlif idman qurğuları da quraşdırılıb.

12 mərtəbəli mehmanxanada 30 nömrəlik geniş və yaraşıqlı otaqlar ən müasir standartlara cavab verir. Mehmanxanada müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans salonu da yaradılıb. Qonaqlara yüksək səviyyəli iaşə xidməti göstərmək üçün restoran və kafelər fəaliyyət göstərir.

Azərbaycan Prezidenti və xanımı görülən işlərlə yaxından tanış olublar, mehmanxananın eyvanından şəhərin panoramını seyr ediblər.

Xəbər lenti

Xəbər lenti