...

Azərbaycan MSK Seçki Məcəlləsinə uyğun olaraq bir sıra normativ-hüquqi aktlara dəyişikliklər edib

Siyasət Materials 23 İyul 2010 18:31 (UTC +04:00)
Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) üzvləri ölkədə parlament seçkiləri üçün bir sıra yeni normativ aktları təsdiqləyiblər.
Azərbaycan MSK Seçki Məcəlləsinə uyğun olaraq bir sıra normativ-hüquqi aktlara dəyişikliklər edib

Azərbaycan, Bakı, 20 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) üzvləri ölkədə parlament seçkiləri üçün bir sıra yeni normativ aktları təsdiqləyiblər.

MSK katibi Natiq Məmmədov cümə günü Komissiyanın iclasında seçkilərin və seçkiqabağı kampaniyanın keçirilməsi üçün bir sıra normativ aktların xarakteristikasını verib.

Dəyişikliklərə görə, seçki kampaniyası dövrü 75 gündən 60 günədək azaldılıb, qeydiyyata alınan namizədlərə təbliğat işləri üçün vəsaitlərin ayrılması ləğv edilib.

Azərbaycanda parlament seçkilərinin keçirilməsi noyabrın əvvəllərinə təyin edilib.

MSK sədrinin müavini Şaitdin Əliyev komissiya üzvlərini seçki komikssiyalarının tərkibindəki bəzi dəyişikliklərlə tanış edib, bundan sonra MSK üzvləri həmin dəyişiklikləri yekdilliklə təsdiqləyiblər.

Bugünkü iclas MSK-nın yeni binasında keçirilib.

MSK sədri Məzahir Pənahov bu faktı dövlətin Mərkəzi Seçki Komissiyasına diqqətinin göstəricisi kimi qiymətləndirib.

Xəbər lenti

Xəbər lenti