...

Türkiyə Baş nazirinin Azərbaycana səfəri zamanı bəzi sənədlərin imzalanması nəzərdə tutulur - səfir

Siyasət Materials 7 Oktyabr 2010 12:28 (UTC +04:00)
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana planlaşdırılan səfəri zamanı iki ölkə arasında bəzi sənədlərin imzalanması nəzərdə tutulur.
Türkiyə Baş nazirinin Azərbaycana səfəri zamanı bəzi sənədlərin imzalanması nəzərdə tutulur - səfir

Azərbaycan, Bakı, 7 oktyabr /Trend, müxbir T.Hacıyev/

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana planlaşdırılan səfəri zamanı iki ölkə arasında bəzi sənədlərin imzalanması nəzərdə tutulur, - Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç bildirib.

"Türkiyənin Baş naziri Azərbaycana Əməkdaşlıq Şurasının toplantısı ilə bağlı gələcək. Səfər zamanı yeni anlaşmanın üzərində çalışacağıq", - Kılıç deyib.

Səfirin sözlərinə görə, Ərdoğanın səfəri bu ilin sonu, gələn ilin əvvəlində ola bilər.

Xəbər lenti

Xəbər lenti